• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun dosentinin dərs vəsaiti işıq üzü gördü

ADU-nun dosentinin dərs vəsaiti işıq üzü gördü
12.02.2016 14:46

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin qrammatikası kafedrasının dosenti Səadət Nuriyevanın "Exercises on English Verbals" adlı dərs vəsaiti işıq üzü görüb.
 
"Təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru, filologiya elmləri namizədi, professor E.İ.Hacıyev, redaktorları professor L.Cəfərova, TQDK-nın böyük məsləhətçisi M. Əkbərli, rəyçiləri isə filologiya elmləri namizədi, professor A. Hüseynov, filologiya elmləri namizədi, dosent A. Abbasovdur.
 
Kitabdan ADU, eləcə də ingilis dili tədris olunan digər universitetlərin ixtisas, qeyri-ixtisas fakültələrinin tələbələri, magistrlar istifadə edə bilər. Tərcümə tapşırıqları ilə zəngin olan kitabdan daha çox tərcümə fakültəsinin tələbələri yararlana bilərlər. Bununla yanaşı bütün tapşırıqların cavabları verildiyi üçün dili sərbəst şəkildə öyrənən hər bir kəs üçün faydalıdır.  
 
Yüksək çap keyfiyyətinə, nəfis tərtibata malik olan dərs vəsaiti 272 səhifədən ibarətdir. Kitab ingilis dilindədir, ancaq Azərbaycan dilində olan, ingilis dilində isə tərcüməsi tələb olunan tapşırıqlarla zəngindir. Tapşırıqlar bölmələr üzrə sadədən aliyə doğru prinsipi əsasında verilib. Üç əsas amili-dərsin vaxtının az olmasını, qrup tələbələrinin sayını, tələbələrin yorulmamasını nəzərə almaqla tapşırıqlardakı cümlələrin sayı 10-15 arasında tərtib edilib. Hər bir bölmə feilin təsriflənməyən formalarına dair fərqli mövzudan bəhs edir.  
 
"Exercises on English Verbals" ingilis dilində feilin təsriflənməyən formalarından-məsdər, cerund, indiki və keçmiş zaman feili sifətə aid tapşırıqlar toplusundan ibarətdir. Bütün tərkiblərə dair çox sayda tapşırıqlarla zəngin olan kitabda feilin təsriflənməyən formalarının əmələ gətirdiyi frazalar, həmçinin onlara dair tapşırıqlar da öz əksini tapıb.
 
Tapşırıqların əvvəlində nümunələr verilən kitabın müsbət keyfiyyətlərindən biri bu təsriflənməyən formaların müqayisəli şəkildə işlənməsidir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol