Dövlət agentliyinin ləğv edilməsi üzrə komissiya yaradıldı

Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqədar komissiya yaradılıb.
"Report"un xəbərinə görə, bununla əlaqədar ləğv edilən Satınalmalar üzrə Dövlət Agentliyinin debitor və kreditorları agentliyinin bütün öhdəlikləri üzrə iki ay müddətinə ləğvetmə komissiyasına (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi-80, giriş 4, ikinci mərtəbə) müraciət edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli fərmanı ilə Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























