Lənkəranda oğrular 4 kəndi internetsiz qoydu

Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması dörd kəndi rabitəsiz qoyub.
ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, oğurluq hadisəsi rayonun Mollakənd kəndi ərazisində qeydə alınıb.
Fevralın 9-da səhər saatlarından telefonların kəsildiyini görən sakinlər Lənkəran Rayon Telekommunikasiya Qovşağının əməkdaşına müraciət ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, magistral yoldan keçən rabitə xəttinin 200 metrlik hissəsi kəsilərək oğurlanıb.
Kabellərin kəsilməsi Siyobili, Əşlə, Yuxarı Təngivan və Aşağı Təngivan kəndlərinin 200 sakinini rabitə və internetsiz qoyub.
Yerli sakinlərin bildirdiyinə görə, kabellərin daxilindən mis məftillər keçdiyindən oğru, yaxud oğrular rabitə xətlərini kəsərək satıblar.
Artıq hadisə barədə 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gələrək istintaq üçün zəruri olan izləri götürüblər.
Faktla bağlı Lənkəran ŞRP-də araşdırma aparılır, hadisəni törədənlərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























