• $
  • €
  • ₽
  • ₺
  • £

Telman İsmayılovun qardaşına məxsus obyektlər söküldü

Telman İsmayılovun qardaşına məxsus obyektlər söküldü
14.02.2016 19:04
Moskvada "Sokol” metrostansiyası yaxınlığında Leninqrad şossesində yerləşən ticarət pavilyonları azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Fazil İsmayılova məxsus olub.

ANS PRESS-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, buradakı ticarət obyektləri Fazil İsmayılovun Sokol rayonu şurasının rəhbəri və Moskva Şimal Dairəsinin qubernatorunun müavini postnunda olarkən tikilib.

Moskva ticarət  və xidmət departamentinin rəisi Aleksey Nemeryukun sözlərinə görə, bütün obyektlərin sahibləri qanunsuz tikililərin söküləcəyi haqda məlumatlı idilər. "Demək olar ki, hər bir tikiliyə  dair məhkəmə çəkişmələri olub. Biz bu obyektlərin şəhərdə olmasının qanuniliyini mübahisəli hesab edirdik. Bu binaların sahiblərinin kimliyi hamıya məlumdur. ”

Fazil İsmayılov Azərbaycanlı müflis olmuş milyarder Telman İsmayılovun böyük qardaşıdır (bəzi mənbələrdən bu məlumat təqzib olunur – red.). O 1951-ci ildə Moskvada doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 

Fevralın 9-na keçən gecə Moskvada şəhərə rəhbərliyinin qərarına əsasən paytaxtın müxtəlif metrostansiyaları yaxınlığında 97 ticarət obyekti sökülüb. Ticarət obyektləri sökülən biznesmenlərən dəyən zərərin 30 milyard rubl təşkil etdiyini açıqlayıblar.

Məsələni şərh edən Moskva meri Sergey Sobyanin bildirib ki, qanunsuz tikililərin sökülməsi Rusiyada irsin, tarixin və dürüstlüyün satılmamasının əyani göstəricisidir. "Dələduzluq yolu ilə əldə edilən mülkü rəsmi sənədlər altında qizlətmək olmaz. Moskvanı moskvalılara qaytaraq! Onun parkları, bağları və küçələrini. Açıq, gözəl və sevilənləri” – deyə mer bildirib.

İndiyədək 50-dən çox obyekti yerlə bir edən Moskva bələdiyyəsi 1 mart tarixinədək 104 qanunsuz tikilini sökmək niyyətindədir.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol