Havanın temperaturu 14 dərəcəyə yüksələcək

Fevralın 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 isti, gündüz 9-13 isti, Bakıda gecə 4-6 isti, gündüz 10-12 dərəcə isti olacaq.
Fevralın 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5 isti, gündüz 9-14 isti, dağlarda gecə 0-5 isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 isti olacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























