Dövlət Radiotezliklər İdarəsinin rəisi işdən çıxarıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.
"APA-Economics"in əldə etdiyi məlumata görə, qurumun Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov işdən çıxarılıb.
Ə. Məmmədovun adının çəkilməsini istəməyən köməkçisi "APA-Economics"ə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyəti idarənin baş mühəndisi İlham Əfəndiyevə ötürülüb.
İ. Əfəndiyev isə bildirib ki, məsələ ilə bağlı şərh vermək səlahiyyətində deyil.
Nazirliyin mətbuat xidməti də məsələyə münasibət bildirməyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























