• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqların kitaba marağını artırmaq üçün yenilik - FOTOLAR

Uşaqların kitaba marağını artırmaq üçün yenilik - FOTOLAR
15.02.2016 14:52
Azərbaycanın bütün şəhər və rayonlarının mərkəzi kitabxanalarında nağıl otaqları yaradılıb.
 
Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.

Həmin otaqların müxtəlif oyuncaqlarla, nağıl qəhrəmanlarının kostyumları, səsli disklərlə təmin edildiyini deyən nazirlik rəsmisi artıq nağıl otaqlarının uşaqlarda maraq yaratdığını söyləyib.

L.Məmmədov deyib ki, bu ilin fevralında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalarda uşaq ədəbiyyatının təbliğ edilməsi haqqında əmr imzalayıb.

Kitabxanalarda kifayət qədər uşaq ədəbiyyatının olmadığını deyən L.Məmmədova bunun səbəbini respublikada uşaq ədəbiyyatının az nəşr olunması ilə izah edib: "Kitabxanaları həm ənənəvi, həm də "danışan” kitablarla təmin etməyə çalışırıq. Biz ənənəvi kitabdan imtina edə bilmərik, çünki bu kitablar uşaqlara tamam başqa hisslər aşılayır. Amma, ümumiyyətlə, respublikada uşaq ədəbiyyatı ilə bağlı problem var. Buna görə də nazir Əbülfəs Qarayev uşaq ədəbiyyatı ilə ciddi məşğul olmaq üçün tapşırıqlar verilib”.

O deyib ki, əmrə uyğun olaraq, 1940-1960-cı illərdə nəşr olunan uşaq kitabları "Bərpa-nəşr” layihəsi çərçivəsində yenidən nəşr olunacaq.

Artıq həmin kitabların siyahısının da tərtib olunduğunu deyən L.Məmmədova təkrar nəşr üçün 50 adda kitabın müəyyənləşdirildiyini deyib.

Onun sözlərinə görə, həmin kitablar bu il ərzində 500-1000 tirajla nəşr olunaraq, nazirlik tərəfindən bütün uşaq kitabxanalarına pulsuz paylanılacaq: "Nizami Gəncəvinin "Sehirli üzük” əsəri 1941-ci ildən, "Simnar” əsəri 1964-cü ildən sonra nəşr olunmayıb. Həmin əsərlər yenidən nəşr ediləcək. Bununla yanaşı, Rəsul Rzanın bir sıra əsərləri, türk xalqlarının nağılları və s. bu il ərzində çap olunaraq kitabxanalara paylanacaq”.

L.Məmmədova qeyd edib ki, hazırda ölkədə 2800-ə yaxın kitabxana var. Onlardan 80-i mərkəzi kitabxanadır. Mərkəzi kitabxanaların hər birində müstəqil uşaq şöbəsi var, 2730 kitabxana filialının hər birində uşaq bölməsi var.
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol