• $
  • €
  • ₽
  • ₺
  • £

RYTN-nin keçmiş əməkdaşlarının həbs müddəti artırıldı - SİYAHI

RYTN-nin keçmiş əməkdaşlarının həbs müddəti artırıldı - SİYAHI
15.02.2016 14:29
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş əməkdaşları - Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, həmin MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, Bayram Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

"Report”un əldə etdiyi məlumata görə, prokurorluğun müvafiq vəsatətlərinə Binəqədi Rayon Məhkəməsində baxılıb və onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, həmin şəxslər keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

B.Hüseynov, E.Məmmədov, B.Vəliyevə və "Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), "AzİnTelekom” MMC-nin baş direktoru C.Cəfərov, "Azərpoçt” MMC-nin baş direktoru Q.Bəybalayev və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru N.Məmmədov həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi S.Hümbətov isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham olunurlar.

Xatırladaq ki, daha əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol