• $
  • €
  • ₽
  • ₺
  • £

“Əsirlərin ailələri ilə “Skype” la əlaqə qurması hakimiyyətlərdən asılı məsələdir”

“Əsirlərin ailələri ilə “Skype” la əlaqə qurması hakimiyyətlərdən asılı məsələdir”
15.02.2016 15:42
"Əsir və girovluqda saxlanılanların ailələri ilə "Skype” vasitəsi ilə əlaqə qurması bütün hallarda hakimiyyətlərdən asılı məsələdir”.

APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisinin rəhbəri Karolin Duyez Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri ilə "Skype" vasitəsilə əlaqə saxlaması ilə bağlı BQXK rəhbərliyi ilə razılıq əldə olunmasına dair suala cavabında deyib.

K. Duyez bildirib ki, qurumun əsas vəzifələrindən biri həbs olunan şəxslərlə ailələr arasında əlaqə qurmaqdır: "Adətən bu iş Qızıl Xaç tərəfindən yazılı şəkildə həyata keçirilir. Ya da BQXK-nin nümayəndəsinin köməyi ilə telefon əlaqəsi qurmaq mümkün olur. "Skype" vasitəsilə əlaqə qurmağa gəlincə, bütün hallarda bununla bağlı qərarı hakimiyyətlər verməlidir”.

Qeyd edək ki, Ə. Həsənov BQXK prezidenti ilə görüşdə ondan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə "Skype” vasitəsi ilə canlı danışmasının təşkil olunmasını xahid etdiyini deyib.

"O da söz verib, məşğuldurlar. Yəqin ki, yaxınlarda bunu edəcəyik”, - deyə Ə. Həsənov bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol