• $
  • €
  • ₽
  • ₺
  • £

Ağcabədidə törədilən qətlin üstü açıldı

Ağcabədidə törədilən qətlin üstü açıldı
28.05.2020 23:38
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verlən məlumata görə, fevralın 10-da saat 21-30-da rayon sakini, 1956-cı il təvəllüdlü Kamilə Əhmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin Ağcəbədi şəhər sakinləri, 1983-cü il təvəllüdlü Cəlal Mənsimov və 1985-ci il təvəllüdlü Samir İsayev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 14-də tutularaq istintaqa cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, fevralın 10-da C.Mənsimov S.İsayevlə qabaqcadan əlbir olaraq tamah məqsədilə K.Əhmədovanın yaşadığı evə daxil olmaqla bıçaq və ütü ilə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra mənzidə qızıl və digər qiymətli əşyaların axtarışı nəticəsiz qaldığından onlar hadisə yerini tərk ediblər.

İstintaq zamanı üzərində qana bənzər ləkələr olan bir ədəd mətbəx bıçağı hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol