• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"

Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
15.02.2016 23:02
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin göndərdiyi məktub Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən ailəsinə verilib.
 
Bu barədə ANS PRESS-ə girovun bacısı İradə Quliyeva məlumat verib.

Onun sözlərinə görə, Şahbaz məktubda vəziyyətinin yaxşı olduğunu yazıb:"Məktubda yazıb ki, hər şey yaxşıdır. Məndən narahat olmayın. Heç nə göndərməyin. Anam üçün çox darıxmışam”,-deyə bacısı əlavə edib.

İradə Quliyevanın sözlərinə görə, Qırmızı Xaç Komitəsinin nümayəndələri  ona qardaşının şəklini göstəriblər. "Məhkəmədə necə idisə, indi də elə o vəziyyətdədir.  Nə arıqlayıb, nə də kökəlib. Mən də Şahbaza öz şəkillərimizi göndərmişəm. 3 -4 cümləlik bir məktubdur. Qızı ilə də məktublaşır”,-deyə İradə Quliyeva bildirdi.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara fevralın 3-də baş çəkiblər.  Komitə nümayəndələri Şahbaz Quliyev ilə barabər  Dilqəm Əsgərova da məktub gətirmişdilər.

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayındaKəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları olan Ş.Quliyev, H.Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.

Onlar ermənilər tərəfindən girov götürülüblər. Ermənilər Dilqəm və Şahbaz sağ ələ keçirsələr də Həsən Həsənov qətlə yetirilib.

2014-cü ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.  


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol