• $
  • €
  • ₽
  • ₺
  • £

Bizi addım-addım xərçəngə aparan qidalar

Bizi addım-addım xərçəngə aparan qidalar
16.02.2016 09:36

Bu gün "fast food”, dönər və s. kimi qidalar, o cümlədən, enerji içkiləri insanlar tərəfindən geniş istifadə olunur, lakin əksəriyyət bu qidaların insan orqanızmi üçün nə qədər zərərli olduğundan, hətta onkoloji xəstəliklərə yol açdığından xəbərsizdir, ya da fərqinə varmır.

 

 

Məsələyə münasibət bildirən Leyla Şıxlinskaya Klinikasının baş həkimi, invaziv qastroenteroloq, hepatoloq İlqar Alışov Trend-ə bildirib ki, insanların bu kimi qidalardan geniş istifadəsi son dövrlərdə mədə-bağırsaq xəstələrinin sayının xeyli artmasına səbəb olub.

 

 

İ.Alışov deyib ki, gənclərin "fast food” qidalarından daha çox istifadə etməsi və təbii qidalara üstünlük verməməsi mədə-bağırsaq sistemində kəskin xoralar, iltihabi proseslər yaradır və beləliklə, mədə-bağırsaq xəstələrinin, o cümlədən qaraciyər xəstələrinin sayı artır.

 

 

Həkim, xüsusən gənclər tərəfindən geniş istifadə olunan dönərin mədəyə xeyli ziyan olduğunu da qeyd edib. O bildirib ki, dönər hazırlamaq üçün əti qızardan zaman yaranan ərp xərçəng xəstəliyi riskini artırır.

 

 

İ.Alışov bu məsələlərlə bağlı tövsiyələrini də verib: "İnsanlar "fast food” qidalarından daha az istifadə etsinlər, daha çox təbii qidalardan, o cümlədən meyvə-tərəvəzdən istifadə etməyə üstünlük versinlər. Kökəlməməyə diqqət edilməlidir. Çünki köklük mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biridir”.

 

 

İ.Alışov, həmçinin energetik içkilərdən istifadə etməməyi tövsiyə edib. O, qeyd edib ki, bu içkilər mədəyə ciddi ziyan vurur.

 

 

Bununla yanaşı, qastroenteroloq mədə-bağırsaq xəstəliklərinin gəncləşdiyini də diqqətə çatdırıb: "Əvvəllər xora xəstəliyini 5, 6, 12 yaşda müşahidə edirdiksə, indi bu xəstəlikləri 2-3 yaşlı uşaqlarda da müşahidə edə bilirik. Burada irsi amillər də mövcuddur. Dəfələrlə rastlaşmışam ki, atada, babada və nəvədə eyni xora xəstəlikləri və çoxunda da irsi olaraq eyni yaşlarda müşahidə edilib. İndiki qidalanma nəticəsində isə bu xəstəliklərə daha erkən yaşlarda rast gəlirik”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol