• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsi sədr haqda iddianı rədd etdi

Dövlət Komitəsi sədr haqda iddianı rədd etdi
16.02.2016 11:24
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov vəkil Adəm Məmmədovun növbəti iddialarına münasibət bildirib. 

O, Modern.az saytının sorğusuna cavab olaraq araşdırmaların davam etdirildiyini qeyd edib:

"Biz Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin araşdırmalarının nəticələrini gözləyirik. Hələ ki, araşdırmalar davam edir”.

E.Səfərov vəkil A.Məmmədovun 170 min ABŞ dollarını keçmiş Aparat rəhbəri Səfər İmanovun şikayətçinin gözü qarşısında Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya verməsi iddiasını əsassız adlandırıb:

"Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə görə çox şey deyə bilər. Bu onun haqlı olduğunun göstəricisi deyil. Hər şey araşdırmaların nəticəsindən sonra bəlli olacaq”.

Qeyd edək ki, hüquqşünas A.Məmmədov icra hakimiyyətinin müavini postuna təyin olunmaq üçün 170 min ABŞ dolları verən şəxsin iddiaları üzrə onun hüquqlarını müdafiə edir. Adının çəkilməsini istəməyən iddiaçı, aparat rəhbəri Səfər İmanovdan 170 min ABŞ dolları müqabilində vəzifəyə təyin olunacağına təminat alsa da, aldadılıb. Aparat rəhbəri ölkəni tərk edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol