• $
  • €
  • ₽
  • ₺
  • £

Əlillərin problemləri bu dəfə Gəncədə müzakirə edildi

Əlillərin problemləri bu dəfə Gəncədə müzakirə edildi
16.02.2016 16:20
ANN.Az xəbər verir ki, Gəncə şəhərində hərəkət imkanları məhdud insanlar və onların ailə üzvləri üçün "Əlillərin hüquqlarının qorunması üçün mövcud qanunvericilik” mövzusunda təlim keçirilib. Təlim zamanı mövcud ombudsman təsisatının əlillərin fəaliyyətinin qorunmasında fəaliyyəti və əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar müzakirə olunub.

Layihənin məqsədi hərəkət imkanları məhdud olan insanların yaşam şəraitinin yaxşılaşdırılması və eyni zamanda onların hüquqlarının qorunmasının gücləndirilməsidir. Layihə həyata keçirilən rayonlarda (Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonları) hərəkət imkanları məhdud insanların hüquqularının qorunması üçün onlara və onların ailə üzvlərinə, həmçinin müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlərin təşkil olunacaq.

Təlimi giriş sözü ilə müstəqil ekspert Rövşən Novruzov açaraq layihə barəsində proyektor vasitəsilə təqdimat edib. Eyni zamanda Gəncə şəhəri icra hakimiyyətinin nümayəndəsi də çıxış edərək təlim işirakçılarına  uğurlar arzulayıb. Təlimdə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov "Əlillərin hüquqlarının qorunması üçün mövcud qanunvericilik” mövzusunda təlimi davam etdirib.

Təlim interaktiv bir formada keçirilib. 

Layihə çərçivəsində yaradılacaq "Çağrı Mərkəzi”ndə hərəkət imkanları məhdud insanlara hüquqi yardımın göstərilməsi, onların reabilitasiya və sosial problemləri ilə bağlı məsləhətlərin verilməsi təşkil olunacaq.

"Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsini  İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) icra edir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol