Tarix İnstitutundan Nəsirəddin Tusi ilə bağlı AÇIQLAMA

"Hazırda orta məktəblərin 8-ci sinfində "Orta əsrlər tarixi" tədris olunmur" - belə bir açıqlama ilə Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov çıxış edib.
Xidmətdən ANN.Az-a daxil olan məlumata görə, son günlər bəzi xəbər saytlarında Amerikanın kəşfində Azərbaycan elminin rolunu inkar edən yazılar yer alıb: "2001-ci ildə 8-ci siniflər üçün nəşr olunan "Orta əsrlər tarixi” dərsliyində dahi Azərbaycan alimi Nəsirəddin Tusi ilə bağlı verilmiş məlumatlara şübhə ilə yanaşılır. Onun, hətta Azərbaycan alimi olmadığını sübut etməyə cəhdlər göstərilir. Bəziləri isə tarixçiləri istehza hədəfinə almaqdan da çəkinmirlər".
Bununla bağlı Tarix İnstitutunun mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, hazırda orta məktəblərin 8-ci sinfində "Orta əsrlər tarixi” tədris olunmur: "Həmin siniflərdə "Ümumi tarix” tədris olunur və göstərilən dərslikdə belə bir məlumat verilməyib. Bundan 15 il əvvəl nəşr olunmuş "Orta əsrlər tarixi” dərsliyinə gəldikdə orada Tusi haqqında verilən məlumatlar tarixi həqiqətdir. Bunun üçün tariximizə şübhə ilə yanaşanlara aşağıdakı elmi ədəbiyyatla tanış olmağı məsləhət görürük:
1) Fizika-riyaziyyat elmləri doktoru Həbibulla Məmmədbəylinin 1968-ci ildə nəşr olunmuş "Mühəmməd Nəsirəddin Tusi” əsəri. Həmin əsərdə "Marağa rəsədxanasının coğrafi koordinatlar cədvəli və Amerikanın kəşfi” adlı ayrıca bölmə verilmişdir.
2) Tədqiqatçı Ramiz Dənizin 2014-cü ildə nəşr olunmuş "Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” və "Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərləri.
Tarix İnstitutu ictimaiyyətə qürur hissi ilə məlumat verir ki, bəzilərinin əsassız iddialarına baxmayaraq, Nəsirəddin Tusi dünya elminin inkişafında misilsiz xidmətləri olan dahi Azərbaycan alimidir (Bu haqda bax: İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. II kitab. Fars dilindən çevirən: tarix üzrə elmlər doktoru Ş.F.Fərzəliyev. Bakı, 2014. səh. 1302-1314). Tusinin elmi yaradıcılığı dünya elminin inkişafında, o cümlədən təkcə Amerikanın kəşfində deyil, ümumiyyətlə Böyük coğrafi kəşflərdə də çox mühüm rol oynayıb".
Mətbuat qurumu onu da vurğulayıb ki, bəzi xəbər saytlarında tarixçilərə qarşı irəli sürülən ittihamlar yenilik deyil, 2012-ci ildə erməni jurnalisti Sedrak Mkrtçyan və bəzi erməni saytlarının Nəsirəddin Tusi haqqındakı qərəzli yazılarının təkrarıdır. Bu haqda baxın:
Tarix İnstitutunun mətbuat xidməti müvafiq informasiya saytlarını xalqımızın tarixi ilə bağlı məsələlərdə diqqətli olmağa, yoxlanılmamış və zərərli məlumatları yaymaqdan çəkinməyə çağırır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























