• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimi sillələyən qadın direktor cəzalandırıldı - Video

Müəllimi sillələyən qadın direktor cəzalandırıldı - Video
16.02.2016 18:14
Tutduqları vəzifələrində yol verdikləri nöqsanlara görə Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbinin direktoru Mənsurə Gülağa qızı Şahverənova tutduğu vəzifədən azad edilib, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş İman oğlu Kazımova töhmət verilib.

ANN.Az Publika-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən cavabda bildirilir ki, M.Şahverənova məktəbə rəhbərlik və nəzarətdə, mövcud normativ hüquqi aktların tələblərinin icrasında ciddi nöqsanlara yol verərək vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilib.

"Vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməyərək rayonun ümumtəhsil məktəblərinə nəzarət və rəhbərliyi zəif təşkil etdiyinə görə Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş İman oğlu Kazımova "Dövlət qulluğu haqqında" Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət verilib”.

Məlumatda bildirilib ki, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri B.Kazımova rayonun Ovçubərə kənd tam orta məktəbinin direktor müavinləri A.İmanov və L.İbrahimovanın mövcud nomenklatur qaydalara və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tutduqları vəzifədən azad olunmalarının təmin edilməsi tapşırılıb.

Qeyd edək ki, Ovçubərə kənd orta məktəbinin direktoru M.Şahverənovanın bir müddət əvvəl 17 ildir hərbi hazırlıq müəllimi kimi çalışan Əmirov Qalabəy Tomar oğlunu sillələməsi barədə sosial şəbəkədə videomaterial yayılmışdı. Bundan başqa, həmin direktorun məktəb idarəçiliyində pozuntulara yol verməsi barədə məktəb müəllimləri tərəfindən dəfələrlə mətbuata müraciət edilmişdi.

Aparılan araşdırmalardan sonra direktora töhmət verilsə də, o, yenidən qanunsuz hərəkətlərini təkrarlamışdı.

Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımovun isə müxtəlif vaxtlarda rayon məktəblərinə verilən inventarlara ayrılan pulu mənimsəməsi, həmçinin qeyri-qanuni yolla məktəblərə müəllim cəlb etməsi barədə də saytımıza şikayətlər daxil olub.
 
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol