• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ali təhsil müəssisələrindən birində yeni fakültə yaradıldı

Azərbaycanın ali təhsil müəssisələrindən birində yeni fakültə yaradıldı
17.02.2016 11:32
Azərbaycan Universitetində yeni fakültə yaradılıb. 

Bu barədə "Report"a universitetin İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsindən məlumat verilib. 
Belə ki, ali təhsil müəssisəsində "İnformasiya-kommunikasiya texnologiyaları" fakültəsi yaradılıb. Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, Riyaziyyat və informatika müəllimliyi ixtisasları yeni fakültəyə birləşdirilib.

Fakültənin qarşısında duran əsas vəzifələr qeyd olunan sahələrdə xarici tərəfdaş universitetlərlə birgə kadr hazırlığı və ikili diplom proqramlarının həyata keçirilməsi; sənaye - xidmət müəssisələri və texnoparklarla əməkdaşlığın gücləndirilməsi; elektronik laboratoriyanın fəaliyyətinin təşkili; tələbələrin İT layihələrinə cəlb olunmasıdır.

Elmi şuranın qərarı ilə universitetdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə bəzi struktur dəyişiklikləri və yeni təyinatlar da olub. Belə ki, "İqtisadiyyat və idarətmə" və "Biznes" fakültələri birləşdirilərək "Biznes və İqtisadiyyat" fakültəsi yaradılıb. "Sosial işin təşkili və idarə olunması" və "Biznes inzibatçılığı" kafedraları isə ləğv olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol