• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Baş Prokurorluğa müraciət etdi

Ombudsman Baş Prokurorluğa müraciət etdi
17.02.2016 12:47
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın (Ombudsman) tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə (CM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
 
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, daxil olmuş müraciətlərin, habelə bu müəssisədə məhkumlarla bağlı mətbuatda yayılmış məlumatların araşdırılması olub.
 
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin cərimə təcridxanasının kameralarına və tibb-sanitar hissəsinə baxış keçirilmiş, burada saxlanılan məhkumlar qəbul olunub.
 
Başçəkmə çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsindən bu müəssisəyə etap olunmuş İbrahimov Nurani Fuad oğlunun ölüm faktı ilə bağlı sənədləşmə öyrənilib, habelə müəssisə rəhbərliyi fakt üzrə prokurorluqda cinayət işinin başlandığını, məhkəmə-tibb ekspertizasının təyin olunduğunu və lazımi sənədlərin istintaqa verildiyini bildirib.
 
Eyni zamanda bu müəssisəyə etap olunmuş digər beş məhkumla da bağlı məlumatlar yerində araşdırılıb, MPQ-nin həkim üzvünün iştirakı ilə bu şəxslər fərdi şəkildə qəbul olunmuş, bədənlərinə baxış keçirilib. Baxış zamanı onların üzərində xəsarət izləri müşahidə olunmayıb.
 
Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə 30-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb. Ümumilikdə isə qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.
 
Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
 
Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
 
Başçəkmənin nəticəsi və N. İbrahimovun ölüm faktının nəzarətə götürülərək tam və hərtərəfli araşdırılması, habelə nəticəsi barədə məlumatların Ombudsmana göndərilməsi ilə bağlı Baş Prokurorluğa müraciət olunub.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol