• $
  • €
  • ₽
  • ₺
  • £

Ziyafət Əsgərov Əli Hüseynlini əvəzləyəcək

Ziyafət Əsgərov Əli Hüseynlini əvəzləyəcək
18.02.2016 20:48
Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında parlamentin I vitse-spikeri Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə baxılacaq.

Parlamentdən Modern.az-a daxil olan məlumata görə, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərovun Azərbaycan Məhkəmə-Hüquq Şurasının üvü təyin edilməsi növbəti plenar iclasda qaldırılacaq.

Qeyd edək ki, bundan öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Məhkəmə-Hüquq Şurası üzvü olub. Lakin o, Şuradan çıxdığı üçün həmin yer boş qalıb.

Xatırladaq ki, 2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir, amma hazırda qurumun 13 üzvü var. Bunlar aşağıdakılardır:

Ədliyyə naziri (sədr) Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov,  Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin hakimi Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi Şahin Yusifov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov, Naxçıvan Ali Məhkəməsinin sədri Ramiz Süleymanov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun müavini Namiq Əsgərov, Salyan rayon Məhkəməsinin sədri Xəqani Tağıyev, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlham Əhmədov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri Ramiz İbrahimov.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol