İlham Əliyev misirli həmkarına başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisiyə siyasi xadim Butros Butros-Qalinin vəfatı ilə əlaqədar başsağlığı verib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab prezident, Birləşmiş Millətlər Təşkilatının VI Baş katibi, görkəmli siyasi xadim Butros Butros-Qalinin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























