• $
  • €
  • ₽
  • ₺
  • £

Ayaz Mütəllibovdan hərbi prokurora cavab

Ayaz Mütəllibovdan hərbi prokurora cavab
19.02.2016 17:33
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında Xocalı faciəsi ilə bağlı çıxış edib. Hərbi prokuror çıxış edərkən  deyib ki,  Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi.  

Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov Modern.az-a açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib.  

"Haqqımda deyilənlər həqiqətə uyğun deyil. Dəfələrlə bu məsələ ilə bağlı dəqiqliklə müsahibələrimdə öz açıqlamalarımı vermişəm. Xocalının  ağır vəziyyətdə, Şuşanın mühasirədə olduğunu hamımız bilirdik. Bununla bağlı ölçü götürürdük. Amma hadisənin bu cür vəhşicəsinə törədiləcəyindən mənim xəbərim yox idi.

Ona görə də indi  açıqlamanı bu formada cəmiyyətə çatdırmaq reallıqla bağlı deyil. Xocalı faciəsi böyük faciədir. Həmin dövrlərdə bizim Dağlıq Qarabağda, Xocalıda, Əsgəranda dayağımız, qoşunlarımız yox idi. Orada işləyə bilmirdik”.  

Ayaz Mütəllibov fevralın 25-dən 26-na keçən gecə barədə baş verənlərdən necə xəbər tutması barədə danışıb.

"1992-ci il fevralın 25-i axşam saat 11-ə işləmiş milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və daxili işlər naziri Tofiq Kərimov  çox həyəcanlı vəziyyətdə yanıma gəldilər və "Xocalıda nə isə olub” dedilər. Dedim ki, siz nə baş verdiyini dəqiqləşdirin və mənə xəbər edin.  

Yarım saatdan sonra onlar filan sayda adamın öldürülməsi xəbərini verdilər. Mən də onların yanında Dağlıq Qarabağ vilayətinin İcraiyyə Komitəsinin sədrinə zəng edib dedim ki, belə məlumat almışam. Bu nədir? Siz faşistsiniz?! Faşistlər belə vəhşilik etməyiblər”.

O dedi ki, yox elə deyil. Xocalıda adam qalmayıb. Qalan bir qismini birtəhər yerbəyer etmişik. Ərzaq qıtlığına baxmayaraq onlara çörək veririk. Dedim sən nə danışırsan çörək nədir?! 600-700 adam öldürülüb.

Yenə cavabında "Bilirsiz, bu elə böyük şey deyil” deyəndə telefonda bir az da kobud danışdım. O vaxta qədər nə mən, nə MTN, nə də  DİN Xocalıda öldürülən insanlar barədə məlumatlı olub”.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol