• $
  • €
  • ₽
  • ₺
  • £

​Elçin Behbudovun qardaşı 8 min manatlıq dələduzluqda ittiham olunur

​Elçin Behbudovun qardaşı 8 min manatlıq dələduzluqda ittiham olunur
19.02.2016 16:55
 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun qardaşı Eldar Behbudov barəsində iki vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib.

"Report"un əldə etdiyi məlumata görə, Eldar Behbudov həmin vətəndaşlardan ayrı-ayrı vaxtlarda ümumilikdə 8 min manat (3 min və 5 min manat) pul alıb.

Lakin sonradan o, həmin şəxslərin pullarını geri qaytarmayıb. Eldar Behbudov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Eldar Behbudovun bacısı "Report"a bildirib ki, qardaşı Yasamal Rayon Polis İdarəsinə çağırılıb: "Bu gün qardaşımla danışdım. O, mənə dedi ki, Yasamal Rayon Polis İdarəsinin rəisi məni idarəyə çağırıb. Rəis qardaşımın tanışı olduğu üçün onunla görüşmək məqsədi ilə idarəyə çağırıb. Lakin Eldar Behbudovun həbs olunması yalandır. O, hazırda polis idarəsindədir".

Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2015-ci ilin noyabr ayının 13-də vəfat edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol