• $
  • €
  • ₽
  • ₺
  • £

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Praqada ezamiyyətdə

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Praqada ezamiyyətdə
19.02.2016 17:17
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun "Beynəlxalq əlaqələr, informasiya və koordinasiya” şöbəsinin baş mütəxəssisi və İnstitutun dissertantı İlhamə Mirzəliyeva Çex Respublikasının Praqa şəhərində 1 həftəlik elmi ezamiyyətdə olub.

O, Çexiyanın Praqa şəhərində yerləşən Bitki Genetik Ehtiyatları İnstitutunda, Bitki Müxtəlifliyi üzrə Qlobal Etimad Fondunun (QEF) maliyyə yardımı ilə təşkil edilən GRİN-Global Seminarında (GRİN - Rüşeym plazması Ehtiyatlarının İnformasiya Şəbəkəsi) iştirak edib.

GRIN-Global (GG) genbanklar üçün bitki genetik ehtiyatları ilə əlaqəli informasiyanın saxlanılmasını, idarə olunmasını və  global şəkildə paylanmasını  təmin edən  server əsaslı bir məlumat bazası - tətbiqi proqramdır. GRIN-Global layhəsinin məqsədi Rüşeym plazması Ehtiyatlarının İnformasiya Şəbəkəsinin geniş miqyaslı versiyasını dünyada olan bütün Genbankların istifadəsi üçün əlverişli etməkdir.

İlkin versiya 1.0.7. - 2011-ci ilin dekabr ayında QEF-in, Beynəlxalq Biomüxtəliflik İnstitutunun və Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin (USDA) birgə səyi nəticəsində reallaşdırılıb.

Seminarda Azərbaycan, Kolumbiya, Livan, İordaniya, Fransa, Meksika, Peru, Belçika, Portuqaliya, Almaniya, Hindistan daxil olmaqla, 18 ölkədən 30–a yaxın alim və mütəxəssis iştirak edib.

Seminarin məruzəçiləri QEF-in ABŞ ofisindən Dr.Martin Reisinger və CIMMYT (Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, Meksika) ofisindən Xuan Karlos Alarkon olmuşdur. Seminarda bitki genetik ehtiyatları üzrə qlobal informasiya sisteminin yaradılması və milli sistemlərin buraya inteqrasiyası, həmçinin məlumatların idarə olunması və onların təhlükəsizliyi məsələləri geniş müzakirə edilib.

Seminar müddətində Çexiyanın Milli Genbankına səfər təşkil olunmuş, burada həmçinin ikitərəfli əlaqələrdən də bəhs edilib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol