Bəzi dövlət qurumlarının saytlarına girişdə problem yaranıb

Azərbaycanın bəzi dövlət qurumlarının internet saytlarının fəaliyyətində problemlər müşahidə olunur. "APA-Economics" xəbər verir ki, bu səbəbdən qurumların saytlarına daxil olmaq mümkün olmur.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə bildirilib ki, texniki səbəblər ucbatında saytlara daxil olmaq olmur: "Məsələ 15-20 dəqiqəyə həllini tapacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























