• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun beynəlxalq əlaqələri genişlənir

ADU-nun beynəlxalq əlaqələri genişlənir
22.02.2016 14:56
Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov Koreyanın Dongduk Qadınlar Universitetinin professoru, Ümumi işlər və müəllimlik peşəsinin Türkiyə və Avroasiya ölkələri üzrə mütəxəssisi Oh Eun-Kyungu qəbul etdi.

Qonağı salamlayan professor Dünyamin Yunusov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, universitetin elmi tədqiqat işlərində bir çox naliyyətlərin əldə olunduğunu bildirdi. ADU-da üç jurnalın nəşr olunduğunu deyən D.Yunusov koreyalı professor Yanq Hyun Kvonun Elmi Xəbərlər jurnalının redaksiya şurasına üzv olduğunu qonağın diqqətinə çatdırdı. ADU-da 22 dilin tədris olunduğunu bildirən professor Dünyamin Yunusov universitetdə müxtəlif dil və mədəniyyət mərkəzlərinin də fəaliyyət göstərdiyini dedi. ADU-nun beynəlxalq əlaqələrinin inkişaf etdiyini qeyd edən D.Yunusov Dongduk Qadınlar universiteti ilə də əməkdaşlıqdan məmnun olduğunu sözlərinə əlavə etdi.

ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Koreyanın Dongduk Qadınlar Universitetinin professoru Oh Eun-Kyung təmsil etdiyi ali təhsil ocağı haqqında məlumat verdi. O, Dongduk Qadınlar Universitetinin 1950-ci ildə Dongduk Qızlar Universiteti kimi yaradıldığını bildirdi. Oh Eun-Kyung universitetinin 10 ölkənin 23 universiteti ilə əməkdaşlıq etdiyini qeyd etdi. O, bu gün imzalanacaq müqavilənin iki dövlət və universitet arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Sonda ADU və Dongduk Qadınlar universiteti arasında memorandum imzalandı.

Memorandumda universitetlər arasında akademik və elmi araşdırmaları, davamlı əməkdaşlığı inkişaf etdirmək, müəllim-tələbə mübadiləsini həyata keçirmək, elmi sahədə müxtəlif resurslarla, kitablarla təmin etmək qeyd olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol