Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb.
"Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 6 məsələnin müzakirəsi daxil edilib.
"Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 6 məsələnin müzakirəsi daxil edilib.
İclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Polis haqqında" qanunlara dəyişiklik edilməsi layihələri müzakirə olunacaq.
İclasda həmçinin, Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə də baxılacaq.
Bundan başqa, Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə və "Elm haqqında" qanun layihəsinin (ikinci oxunuş) müzakirəyə çıxarılması da nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























