• $
  • €
  • ₽
  • ₺
  • £

Avropadan Azərbaycana gələn turistlərin sayı arta bilər

Avropadan Azərbaycana gələn turistlərin sayı arta bilər
23.02.2016 18:35
Elektron vizaların verilmə müddətinin 10 gündən 5 günədək azaldılması ilk növbədə Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb ola bilər.
 
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimov əlavə edib ki, Azərbaycanda keçirilən biznes turlara, konqreslərə, beynəlxalq tədbirlərə ilk növbədə Avropa ölkələrindən iştirakçılar gəlir.

Onun sözlərinə görə, Azərbaycan İpək Yolunun strateji nöqtəsində yerləşdiyindən, eyni zamanda Fars körfəzi ölkələri və Çin, Yaponiya, Koreya, Malayziya, Sinqapurdan ölkəmizə gələn turistlər üçün sadələşdirilmiş viza rejimi tətbiq olunduğundan həmin ölkələrdən də Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilə bilər.

Elektron vizaların verilmə müddətinin 10 gündən 5 günədək azaldılmasını günün tələbi sayan mütəxəssis hesab edir ki, yerli turizm şirkətləri Azərbaycana daha çox turistin gələcəyi proqnozlaşdırılan ölkələrin turizm şirkətləri ilə daha sıx əlaqə qurmalı, əlavə tədbirlər də daxil etməklə müxtəlif qiymətli turpaketlər hazırlamalıdırlar: "Artıq dövlət tərəfindən bütün şərait yaradılıb - turizm fəaliyyəti üzrə sahibkarlıqla məşğul olmaq üçün lisenziya tələb edilmir, vizaların verilmə müddəti azaldılıb, infrastruktur yaxşılaşdırılıb. Ancaq bizim turizm şirkətləri indiyədək tənbəllik ediblər. Onlar getmə turizmlə məşğul idilər ki, bu da asan idi. Ancaq indi oturub baş sındırmaq, menecmentliyi düzgün qurmaq lazımdır”.

Xatıladaq ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya, İran və Gürcüstanın turizm şirkətlərinin Azərbaycana turist axınının çoxaldılmasına ciddi maraq göstərdiyini söyləyib. Nazirin sözlərinə görə, bu il müddətində xaricdən, xüsusilə qonşu ölkələrdən gələcək turistlərin sayının çoxalması gözlənilir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol