• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranda yanğından mühafizə bölməsinin açılışı oldu

Nardaranda yanğından mühafizə bölməsinin açılışı oldu
24.02.2016 10:53
Bu gün Nardaran qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli yanğından mühafizə bölməsinin açılışı olub.

APA-nın məlumatına görə, mərasimdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirak ediblər. Məlumat verilib ki, 30  nəfər şəxsi heyəti olan bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmənin inzibati binası ən yüksək standartlara cavab verən müasir avadanlıqla təchiz olunub, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bölmənin ərazisində - yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı, avtoyuma inşa olunub. inzibati binada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana da var. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobilİ ilə təmin edilib.

E. Mirzəyev jurnalistlərə açıqlamasında deyib ki, 24 nömrəli Yanğından mühafizə bölməsi Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il dekabr ayında Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafI ilə bağlı sərəncamına müvafiq olaraq istifadəyə verilib. Nazir müavini gələcəkdə bölmə əməkdaşlarının 60 faizinin Nardaran sakinlərindən ibarət olacağını, artıq bununla bağlı gənclərin ərizələrinin qəbul edildiyini bildirib. E. Mirzəyev Nardaran gənclərinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakının digər rayonlarındakı hissə və bölmələrdə də işə qəbul ediləcəyini qeyd edib. O, əvvəllər Nardaranda baş verən hadisələr zamanı Bakının digər rayonlarından yanğınsöndürənlərin cəlb olunduğunu, bunun da vaxt itkisinə səbəb olduğunu söyləyib: "Bölmənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol