• $
  • €
  • ₽
  • ₺
  • £

"Hazırda Azərbaycanın 3860 vətəndaşı əsir və girovluqdadır"

"Hazırda Azərbaycanın 3860 vətəndaşı əsir və girovluqdadır"
29.05.2020 10:44
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində" mövzusunda dəyirmi masa keçirilir.

"Report”un xəbərinə görə, tədbiri Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təşkil edib.

Dəyirmi masada Dövlət Komissiyasının, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və DTX-nin birgə İstintaq Qrupunun nümayəndələri, QHT təmsilçiləri iştirak edirlər.

Tədbirdə çıxış edən Dövlət Komissiyası İşçı Qrupunun rəhbəri İsmayıl Axundov Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin axtarılması, əsir və girovların geri qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Dövlət Komissiyasının yaradılması zərurətindən, Prezident İlham Əliyevin Komissiya qarışısında qoyduğu yeni tələb və vəzifələdən danışıb. O, müharibə qurbanlarının beynəlxaq sənədlərlət təsbit olunmuş hüquqlarının təmin edilməsi, hümanitar fəlakətlərə beynəlxalq təcrübəyə uyğun hüquqi qiymət verilməsi prizmasından Xocalı soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi barədə məlumat verib.

İ.Axundov qeyd edib ki, ermənilər beynəlxalq hüquq normalarını pozmaqda davam edirlər: "Ermənistanda artıq bir növ müharibə üzrə ixtisaslaşmış qruplar var idi. Hansı girovun ailəsinin maddi vətiyyətini müəyyən edirdlərsə, onları ailələrinə satırdılar. Erməni əsirliyindən azad olunmuş insanlar üzərində aparılan tibbi müayinələr nəticəsində onlarda yolxucu xəstəliklər aşkar olunub. Bu faciələrin ən ağırı isə Xocalıda baş verənlərdir”.
İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov çıxışında bildirib ki, 6000-dən artıq Azərbaycan vətəndaşı Ermənistanda əsir və girov götürülüb.

Onun sözlərinə görə, indiyə kimi 1435 nəfər şəxs əsir və girovluqdan azad edilib: "Hazırda 3860 nəfər şəxs əsir və girovluqdadır. Bunlardan 3162-i hərbçi, 698 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən 60 nəfər yetkinlik yaşına çatmayan, 249 nəfər qadın, 303 nəfər isə yaşlı şəxslərdir”.

E.Səmədov qeyd edib ki, 68 Azərbaycan vətəndaşı böyük pul müqabilində əsirlikdən azad olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol