Hərbi qulluqçumuz ehtiyatsızlıqdan həlak oldu

Fevralın 23-də Müdafiə Nazirliyinin Goranboy rayonu Goran qəsəbəsində yerləşən N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib.
Modern.az saytına daxil olan məlumata görə, hərbi hissə həyəcan siqnalı ilə təlimlərə çıxarkən, müddətdən artıq xidmət edən (MAXE) Əliyev soyadlı hərbi qulluqçu ehtiyatsızlıqdan iki tankın arasında qalaraq həlak olub.
Məlumatda qeyd edilib ki, həyəcan siqnalı verildiyi üçün qarışıqlıq olub və bu zaman tanklardan biri arxaya sürərkən hərbçi iki tankın arasında qalıb. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hərbi hissəyə dərhal prokurorluq işçiləri gəlib və təhqiqata başlayıblar. Hazırda araşdırma aparılır.
Modern.az saytı məsələ ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Mətbuat xidmətindən saytımıza məsələnin yalnız araşdırıldıqdan sonra cavablandırılacağı bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























