• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da Fransız universitet sistemi haqqında təqdimat keçirildi

ADU-da Fransız universitet sistemi haqqında təqdimat keçirildi
24.02.2016 18:21

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə Fransız universitet sistemi haqqında təqdimat keçirildi.
 
 
ADU-nun müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Fransa Məlumat Mərkəzinin baş mütəxəssisi Günay Məmmədova universitetin Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq etdiyini bildirdi. O, təhsil sahəsində əməkdaşlığın inkişafının universitetin prioritet məsələlərindən biri olduğunu sözlərinə əlavə etdi.
 
 
Fransanın Azərbaycandakı Səfirliyinin Universitetlərarası əlaqələr üzrə məsul şəxsi, Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Batist Minyo öz təqdimatında Fransada təhsilin üstünlükləri haqqında danışaraq bütün dünyada tanınan diplomlar, ailə üçün minimal xərclər, fransız cəmiyyətinə inteqrasiyada yardımçı olan beynəlxalq dilə yiyələnmək məsələlərinə toxundu. Tələbələr üçün gələcək karyeraya təkan vərəcək yeni təhsil imkanlarından, təcrübə qazanmaq şansından danışan Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fransa haqqında məlumat verdi. O, bildirdi ki, ölkə dünyada xarici tələbələrin qəbul sayına görə 3-cü yerdə, dinamik və sabit iqtisadiyyatına görə isə 5-ci yerdə qərarlaşıb, həmçinin "Financial Times” jurnalına istinadən, Fransa biznes və menecment sahəsindəki təhsilə görə ən qabaqcıl ölkədir. Fransa təhsil sistemi barədə iştırakçılara məlumat verən B.Minyonun sözlərinə görə, Fransanın 70 sayda dövlət universiteti ödənişsiz və keyfiyyətli təhsil təklif edir, həmçinin tələbələr özəl ali məktəblərdə təhsil almaq üçün də seçim edə bilərlər. Universitetlərdə müxtəlif dərəcələr üzrə təhsil almaq üçün qəbul qaydaları, təqaüd proqramları, fransız və ingilis dillərində təhsil proqramları, tələbə vizası, Fransaya getmək imkanları (mənzil, orada həyat və s.) məsələlərinə də toxundu.
 
 
Azərbaycanda Fransız İnstitunun kurslar üzrə direktoru Ulfət İbrahim İnstitut tərəfindən həyata keçirilmiş fransız dili kursları və qeydiyyat qaydaları haqqında geniş məlumat verdi. ADU-nun tələbəsi və müəllimi olmuş Ulfət İbrahim bildirib ki, kurslar həm fərdi, həm qrup şəkildə təşkil olunur.
 
 
Pedaqoji fakültənin (ingilis dili-fransız dili) dekanı, dosent Vəfa Babayeva gözəl və faydalı təqdimata görə qonaqlara təşəkkür etdi. Dekan tələbələrə Fransa təhsil proqramlarından yararlanmağı, fəal olmağı tövsiyə verdi.
 
 
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və bukletlər paylanıldı.
 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol