• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı həqiqətləri Çin dilində

Xocalı həqiqətləri Çin dilində
25.02.2016 23:00
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində Azərbaycan universitetlərində təhsil alan Çin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
 
 
Öncə iştirakçılar Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
 
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən biri kimi Xocalı qətliamının nəticələri barədə danışaraq  dünyada bu qanlı olay haqqında həqiqətlərin yayılması, Azərbaycan xalqının soyqırımı kimi bu faciənin tanınmasına nail olmağın vacibliyini xüsusi qeyd etdi.
 
 
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Xocalı soyqırımının tanınması üçün beynəlxalq ictimaiyyətin səylərini intensivləşdirilməsinin vacibliyini bildirdi. Dekan qətnamələrin son illərdə bir çox dövlətlərin qanunverici orqanlarda qəbul olunduğunun əhəmiyyətini qeyd edərək beynəlxalq hüquq əsasında Xocalıda törədilmiş soyqırıma hüquqi qiymət verilməsini xüsusi qeyd etdi.
 
 
Sonra ADU-nun müəllimi Könül Abbasova, həmçinin universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələr Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş Xocalı soyqırımının təfərrüatları barədə çin dilində məlumat verdilər. Onlar çıxışlarında faciəli hadisələr və törədilmiş qanlı cinayətlər haqqında faktlardan söz açdılar.
 
 
Tədbirdə çıxış edən ADU-nun əməkdaşı,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xocalı hadisələrinin şahidi olan Vahid Əli oğlu özünün yazdığı "Xocalı" poemasından bir parça söylədi.
 
 
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində bu günədək Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın əvəzolunmaz işlər gördüyünü bildirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya Ədalət" kampaniyasının bu gün dünyaya səs saldığını söyləyən Ələddin Əliyev soyqırımın beynəlxalq miqyasda tanınması, hüquqi qiymət verilməsi üçün bütün gənclərimizin səfərbər olunacağına inandığını vurğuladı. O, Çin dili və mədəniyyəti mərkəzini fəal fəaliyyəti, belə maarifləndirici tədbirlərin təşkilinə görə onun müdiri, professor  Rafiq Abbasova təşəkkürünü bildirdi, tələbələrə Xocalı hadisələrini, o cümlədən Azərbaycan həqiqətlərini bütün dillərdə təbliğ etmələri ilə bağlı tövsiyyə verdi.  
 
 
Tədbirdə Xocalı soyqırımı ilə bağlı sənədli filmlər nümayiş olundu.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol