• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda oğru kameraya düşdü – VİDEO

Lənkəranda oğru kameraya düşdü – VİDEO
25.02.2016 19:21
Lənkəran şəhərindəki mərkəzi bazarda dəftərxana ləvazimatlarının topdansatışı ilə məşğul olan mağazadan 7000 manatdan çox pul oğurlanıb. 

ANN.Az Region TV-yə istinadən xəbər verir ki, mağaza sahibi Ramin Babayev hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Lənkəran rayon Polis Şöbəsinə məlumat verib.  

Zərərçəkən bildirib ki, günorta saatlarında mağazanı bağlamaq məqsədilə çölə çıxıb.

Rəflərdəki kitabları yığışdırarkən, onun diqqətsizliyindən istifadə edən naməlum şəxs içəri daxil olaraq gödəkcəsinin çibindən pulları götürüb. 

Oğru tələsdiyindən əlindəki bağlamanı yaddan çıxararaq mağazada qoyub.

Ramin Babayevin sözlərinə  görə, oğurlanan pullar mağaza üçün aldığı dəftərxana ləvazimatlarının ödənişi olub.

O, cibindəki 48 ədəd 100 manatlıq, 46 ədəd 50 manatlıq əsginasın yoxa çıxdığını biləndən sonra ətrafdakı müşahidə kameralarını yoxlayıb. 

Oğurluq edən şəxsin yaddan çıxararaq mağazada qoyduğu bağlama ilə təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib.

Maddi sübut kimi həmin sellofan bağlama da rayon Polis Şöbəsi əməkdaşlarına təhvil verilib. 

Faktla bağlı cinayət işi açılıb, oğurluqda şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində  zəruri əməliyyat tədbirləri aparılır.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol