• $
  • €
  • ₽
  • ₺
  • £

"The Jewish Journal": Faciənin sərhədləri yoxdur: Xocalı faciəsi unudulmur

"The Jewish Journal": Faciənin sərhədləri yoxdur: Xocalı faciəsi unudulmur
26.02.2016 15:10
 
Bir neçə gün əvvəl Amerikan nəşri "The Jewish Journal"da 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində 25 fevraldan 26-sına keçən gecə baş verən faciə ilə əlaqədar məqalə dərc olunub. Milix Yevdayevin müəllifi olduğu məqaləni oxucularımızın diqqətinə çatdırırıq: 

"Jewish Journal" üçün məqalələr yazanda hər zaman ilk onu fikirləşirəm ki, dostlarım və məni ABŞ-da himayə edən Yəhudi ailəsi bu yazıları oxuyarkən hansı hissləri keçirirlər? Mənim kökləndiyim ilk düşüncələr bizim ortaq inancımızı, Yəhudi həyatına olan coşğunluğumuzu yaymaq və dünyaya səpələnmiş yəhudilərin fərdiyyət, azadlıq və təhlükəsizliyi kimi məsələləri qabartmaqdır. 

Hər il Fevral ayında mən digər azərbaycanlı həmvətənlərim kimi 1992-ci ildə baş verən hadisələri xatırlayıram, həmin vaxt bizim bütün dünyamız darmadağın edilmişdi, xarici güclərin himayə etdiyi erməni ordusu və xüsusi qüvvələri Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 300-dən çox qadın daxil olmaqla, 613 azərbaycanlı mülki vətəndaşı qəddarcasına qələ yetirmişdi. 
Mənim bir yəhudi kimi bu hadisəni qabartmağımın səbəbi bir başqadır. Yəhudi xalqı əsrlər boyu dünyanın müxtəlif regionlarında amansız təqiblərə və faciələrə məruz qalıb. Məsələyə təkcə bu perspektivdən yanaşanda, bizim qarşımızda yeni imkanlar açılır ki, insanlar dəyişəcəklər və insanlığın başına bir daha belə faciəvi hadisələr gəlməyəcək.  

1992-ci ilin Xocalı faciəsi mən və ölkəm üçün çox həssas məsələdir. Həmin dövrdə yaşayan – və bunun üstündən çox vaxt keçməyib – elə bir insan tapılmaz ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşən 1 milyon insandan birini, ya hansısa qurbanı, yaxud ölümün pəncəsindən xilas olan kimisə tanımasın. 

Erməni silahlı qüvvələri vətənimizin ərazisinin 20%-ni kobudcasına işğal edəndə, bizim dünyamız alt-üst oldu. Bu faciəyə heç cür haqq qazandırmaq mümkün deyil. 

Bir ölkə kimi biz ümumiyyətlə münaqişə nədir bilməmişdikmi? Bilmişdik, bəli, az qala bir əsrə yaxın Sovet İttifaqının tiranlığı şəraitində mövcud olmağa müvəffəq olmuşduq. Amma 1992-ci ildə baş verən bu xüsusi miqyasdakı qəddarlıq isə praktiki olaraq ağlasığmaz idi. Xocalıda baş verənlər Holokost zamanı baş verən ağlasığmaz çılğınlığı əks etdirən fotoalbomdan götürülmüş şəkilləri xatırladırdı. 1992-ci ilin 25-26 Fevralındakı hadisələr zamanı insan həyatı dəyərsiz hesab edilmişdi, ən zərif mülkü vətəndaşlar qadınlar, nənələr, körpələr, digərləri işğalçı əsgərlərin gülləsi və ya süngüsüylə qətlə yetirilmişdi. Bütöv bir şəhər yer üzündən silinmiş, hətta qəbiristanlıqlar dağıdılmışdı. Burada 1930-ların Almaniyasında baş verənlərlə qorxuducu bir oxşarlıq vardı, o zamanlar və yaxud İkinci Dünya Müharibəsi ərzində yəhudilər bir gecənin içərəsində qeyblərə qarışır, bütöv kəndlər heç bir insan həyatına məhəl qoyulmadan yer üzündən silinirdilər. 

Bu il, o faciəvi günlərin, Xocalıq qətliamının 24-cü ildönümüdür, və bu, elə bir vaxtda baş vermişdi ki, bizlərdən çoxumuz ən azından Avropada soyqırım cəhdinə yer olmadığını güman edirdik. 

Biz Azərbaycandakı yəhudi icmalarında Xocalını ağrı və qüssəylə yad edirik. 

Yəhudilərin əksəriyyəti üçün Holokost həssas məsələdir, biz ürəklərimizdə ümid edirik ki, bu bir daha heç vaxt, heç vaxt baş verməyəcək. 

Ancaq hətta bu gün də dünyanın müxtəlif guşələrindəki Yəhudi icmaları müxtəlif künc-bucaqlardan gələn hədə-qorxularla üzləşirlər. Azərbaycanda isə yəhudilər təhlükəsizlikdədirlər, yaxşı qəbul olunur və mühafizə edilirlər. Bizim xalqımız əsrlər boyunca təqiblərə, kobud, zorakı işğallara məruz qalıb, ancaq heç bir fərqi yoxdur, ixtilaf törədən bolşevik, erməni və ya terrorçu ola bilər, ancaq bizim həmrəylik dəyərlərimiz belə qeyri-insaniyyətdən xilas olaraq mövcud ola bilib. 

Bu həftə çox sayda insan bir araya gələcək ki, Xocalıda qurban gedən bacı və qardaşlarımızı yad etsinlər, onların həyatlarını uca tutsunlar və danışa bilməyənlərin naminə göz yaşları töksünlər. Hətta faciənin ən ağrılı xatırlma məqamlarında belə, biz sülh üçün nə lazımdırsa, onu edirik.

Xocalı hər bir bucaqda, inanc fərqliliyindən asılı olmayaraq, bütöv bir xalqın hiss etdiyi və paylaşdığı bir faciədir. Bir yəhudi və dünya ictimaiyyətinin bir üzvü kimi mənimçün Xocalı tarixiylə bağlı ən dərinə işləyən mesaj həmrəylik mesajıdır.   

Bu çətin günlərdə mən təkcə yas tutmuram, həm də ABŞ-dakı bacı qardaşlarımızı düşünürəm, o insanları ki, onların keçmişlə bağlı ağrılı xatirələri var. Biz Xocalıdakı qurbanların, xilas olanların və qəhrəmanların xatirəsini yad edirik və hər dəfə birlikdə ədalətsizliyi və müharibə cinayətini xatırmaqda davam edirik. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol