• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq İlhamə Quliyevanın ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq İlhamə Quliyevanın ölümü ilə bağlı məlumat yaydı
26.02.2016 15:26
Fevralın 25-də saat 12:30 radələrində İlhamə Quliyevanın yaşadığı ünvanda vəfat etməsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
 
Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, baxış zamanı meyit üzərində zorakılığa xas olan xəsarət və xəsarət izləri aşkar edilməyib.

İlkin araşdırmalarla müəyyən edilib ki, 8 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım briqadası çağırış əsasında həmin gün saat 11:25-də İ.Quliyevanın yaşadığı ünvana gəlmiş və tibbi müayinə zamanı ölüm faktını qeydə alınıb. Mərhumənin oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Birliyin Yasamal rayon şöbəsi tərəfindən aparılmış ilkin müayinələrlə müəyyən edilib ki, ölümə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol