• $
  • €
  • ₽
  • ₺
  • £

Meksikanın səfiri ADU-da oldu

Meksikanın səfiri ADU-da oldu
29.02.2016 14:54
Fevralın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini qəbul etdi.
 
O, səfiri universitetdə görməkdən məmnun olduğunu söylədi. Universitet haqqında məlumat verən professor Dünyamin Yunusov ali təhsil ocağında müxtəlif ixtisaslar üzrə 22 dilin tədris olunduğunu bildirdi. Professor Dünyamin Yunusov ADU-nun beynəlxalq əlaqələrindən söz açaraq universitetdə mövcud olan dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında məlumat verdi. O, görüşdə ADU-nun dünyanın bir çox ölkələrinin universitetləri ilə əlaqələrindən də danışdı.
 
Universitetin İnformasiya Resurs Kompleksinin fəaliyyətindən söz açan professor Dünyamin Yunusov on mindən artıq kitabları olan kompleksdən yalnız ADU heyətinin deyil, maraqlanan hər bir şəxsin yararlana biləcəyini vurğuladı. ADU-nun elmi fəaliyyəti haqqında danışan professor Elmi hissə tərəfindən nəşr olunan "Dil və ədəbiyyat”, "Elmi xəbərlər”, "Beynəlxalq münasibətlərin aktual problemləri” adlı jurnallarla qonağı tanış etdi.  
 
Səmimi qəbula görə öz minnətdarlığını ifadə edən Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ADU-da olmaqdan şad olduğunu bildirdi. O, təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Meksika arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə inandığını qeyd etdi.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı.
Görüşdən sonra qonaq ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış oldu.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol