• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik rəsmisi: "Həmin obyektlərin saxlanması bizə mane olur"

Nazirlik rəsmisi: "Həmin obyektlərin saxlanması bizə mane olur"
29.02.2016 16:57
Siyahıya daxil edilən 2840 obyektin hələ də sökülməməsi Azərbaycan Dəmir Yollarının işinə maneçilik törədir.
 
Bu haqda modern.az saytına qurumun mətbuat  katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. O qeyd edib ki, təqdim edilən siyahıya Nazirlər Kabineti hələ də reaksiya vermir:
 
"Həmin obyektlərin saxlanması bizə mane olur. Çalışırıq ki, ərazidən keçərkən qatar müəyyən olunmuş sürət həddini aşağı salsın. Hər zaman hadisələrin baş verə biləcəyi ehtimalını yaşayırıq.

Həmin ərazidə təhlükəsizlik tədbirlərinin olmaması qatarların hərəkətinə mane olur. Bundan başqa qatar yolunun üzərinə çirkab suları axıdılır, məişət tullantıları atılır. Bütün bunlara baxmayaraq, biz işimizi görürük. Çünki, bu, bizdən yox, hökumətdən asılı olan məsələdir”.

Artıq neçə ildir qanunsuz tikilən evlərin siyahısı Nəqliyyat Nazirliyinə təqdim olunub.

Hökumət nə vaxt qərar versə, o vaxt köçürülmə və söküntü işlərinə başlanılacaq. Söhbət dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə ərazisində yerləşən qanunsuz tikililərdən gedir”.

Qeyd edək ki, siyahıda 2840 obyekt daxil edilib ki,, bunun da 883-ü təxirə salınmadan sökülməlidir. Söküləcək yerlərin siyahısında Keşlə qəsəbəsinin "Şanxay” deyilən ərazisi, Biləcəri və bəzi stansiyaların kənarları, Ağstafanın bəzi kəndlərinin adı da var.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol