• $
  • €
  • ₽
  • ₺
  • £

​MTRŞ-dən "Space"lə bağlı AÇIQLAMA

​MTRŞ-dən  "Space"lə bağlı AÇIQLAMA
02.03.2016 11:02
"Artıq Space TV-nin efirində əvvəlki "Sevimli şou"dan müəyyən qədər fərqli bir verilişi müşahidə edirik".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, verilişdə əvvəlki toyxana əhvali-ruhiyyəsi xeyli dəyişilib: "Bəzən belə fikirlər deyilir ki, verilişdə heç bir dəyişiklik yoxdur, aparıcı yenə əvvəlki aparıcını təkrarlayır: "Sevimli şou" verilişində heç bir dəyişikliyin olmaması ilə bağlı fikirlər heç də həqiqəti əks etdirmir. Verilişin şou-əyləncə xarakteri nəzərə alınmalıdır. Aparıcı əlbəttə ki, tamaşaçı auditoriyasını qıcıqlandıracaq süni davranış və ifadələrə yer vermədən şou-veriliş aparıcısı kimi dinamikliyini qoruyub-saxlamalıdır. Çünki format bunu tələb edir. Verilişdə dəyişikliyin olmadığını demək ədalətsizlik olardı. Çünki ən azından, artıq əvvəlki kimi, aparıcının iri hərflərlə adı yazılmış lövhə studiyada yoxdur. Studiyadakı tamaşaçı auditoriyasında baş verənlərin hər "seçmə" anı əvvəlki kimi müxtəlif rakurslardan məqsədyönlü şəkildə nümayiş olunmur. Artıq bu verilişdə bəstəkar mahnılarına, ciddi sənətkarların ifalarına yer verilir. İnanmaq olar ki, veriliş getdikcə milli teleməkanın yaxşı mənada seçilən şou-verilişlərindən birinə çevriləcək".

T.Dadaşov qeyd edib ki, "Space TV"nin ictimaiyyətin həmin verilişlə bağlı narahatlıqlarına müsbət reaksiyası təqdirəlayiqdir: "Bu hal kanalın milli efirin saflaşdırılması, verilişlərin səviyyəsinin yüksəldilməsi, bayağılığın aradan qaldırılması işinə töhfəsidir".  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol