• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi

Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi
28.05.2020 22:10
Daxili İşlər Nazirliyi "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimata dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər bu Təlimat traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələri, habelə hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələri (traktorların), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələri istisna olmaqla, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə, dəyişdirilməsinə və qaytarılmasına şamil edilməyib.

Dəyişikliyə əsasən martın 1-dən bu Təlimat traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri və texnoloji nəqliyyat vasitələri, habelə hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqular istisna olmaqla, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə, dəyişdirilməsinə və qaytarılmasına şamil edilməyəcək.

 

Qeyd edək ki, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 20 noyabr 2015-ci il tarixli qanuna əsasən traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı Kənd Təsərrüfatı Nazirliyi, texnoloji nəqliyyat vasitələri, texnoloji nəqliyyat vasitələri, habelə hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələri (traktorların), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələri istisna olmaqla, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələri və traktorlar həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirir.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol