• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Tələbə Diplomatlar Məktəbi” adlı layihəyə start verildi

ADU-da “Tələbə Diplomatlar Məktəbi” adlı layihəyə start verildi
02.03.2016 20:20

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun və "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təşkilatçılığı, eyni zamanda Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dəstəyi ilə "Tələbə Diplomatlar Məktəbi” adlı layihənin icrasına start verildi.
 
Mövzusu "Tələbə Diplomatlar Məktəbi: Xarici İşlər Nazirliyinin fəaliyyət mexanizmi” olan layihənin ilk qonağı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oldu. Öz fikir və təcrübələrini layihə iştirakçıları ilə bölüşən qonaq bu proqramı olduqca təqdirəlayiq hal hesab etdiyini bildirdi. H.Hacıyev tələbələrin xarici siyasət, eyni zamanda Azərbaycanın diplomatik fəaliyyətinə olduqca böyük maraqlarının şahidi olduğunu söylədi. Tələbələrin suallarını çox maraqlı hesab edən H.Hacıyev onların bilik və potensiallarının olduqca böyük olduğunu söylədi. Müzakirələrin davamlı olmaq məqsədilə tələbələri Xarici İşlər Nazirliyinə dəvət edən mütəxəssis bu layihənin bundan sonra da uğurlu addımlarla irəliləyəcəyinə ümid etdiyini bildirdi.
 
Seminarda  Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev layihə haqqında dəyərli fikirlərini bölüşərək onun əhəmiyyətindən və davamlılığından bəhs etdi. Dekan tələbələrin mütəmadi şəkildə beynəlxalq münasibətlərin çox aktual məsələləri barədə öz biliklərini daima artıraraq xarici siyasətimizin gündəliyində duran məsələlərə diqqətlə yanaşdıqlarını vurğuladı.
 
Seminarda xarici siyasətin əsas prioritetləri, geosiyasi mənzərədə Azərbaycan müstəvisi, ikitərəfli və çoxtərəfli diplomatiya, mədəniyyət diplomatiyası, XİN-in diasporlarla əlaqəsi və qarşılıqlı fəaliyyəti, Azərbaycan-Ermənistan münaqişəsi və digər mövzular da müzakirə edildi.
 
Təlimdə gənc diplomatları maraqlandıran suallar cavablandırıldı.
 
Qeyd edək ki, layihə çərçivəsində həftənin şənbə günləri keçirilən təlim yalnız ADU deyil, digər ali təhsil müəssisələrinin tələbələrinə də açıqdır.
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol