• $
  • €
  • ₽
  • ₺
  • £

Novruzda Azərbaycana turist axınının artacağı gözlənilir

Novruzda Azərbaycana turist axınının artacağı gözlənilir
04.03.2016 09:13
Novruz bayramı günlərində Azərbaycana xaricdən, xüsusilə İrandan gələcək turistlərin sayının artacağı gözlənilir.
 
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

O, qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana İrandan gələcək turistlərin sayı atracaq. N.Bağırov artıq çox sayda iranlı turistlər tərəfindən hotellərdə yerlərin bronlaşdırıldığını da söyləyib.

AzTA sədri əlavə edib ki, Azərbaycana İrandan gələn qonaqların sayının artmasını nəzərə alaraq, Azərbaycan Turizm Assosiasiyası nəzdində yaradılan Ekskursiya Bürosu fars dilində də bələdçilər hazırlamağa üstünlük verməyə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın Moskvada və İstanbulda turizm nümayəndəliyinin fəaliyyətə başladığını xatırladan Assosiasiya sədrinin sözlərinə görə, Rusiya bazarının Azərbaycana marağı daha da artıb: "Artıq hiss edirik ki, Rusiya bazarının Azərbaycana marağı daha da çoxalıb. Son 1 həftə ərzində turizm şirkətlərinə Rusiyadan daxil olan sorğuların da sayı artıb. Novruz bayramı günlərində Azərbaycana gəlmək üçün artıq Qazaxıstan və Özbəkistandan da yerli turizm şirkətlərinə sorğular daxil olmağa başlayıb”.

N.Bağırov əlavə edib ki, Azərbaycan bazarına tələbat artdıqca yerli turizm şirkətləri arasında da rəqabət artır. Belə bir şəraitdə isə şirkətlər artıq standart deyil, fərqli turpaketlər hazırlamağa üstünlük verirlər.

AzTA sədri Azərbaycana gələn turistlər üçün turpaketlərin qiymətlərinin artıq çox əlverişli olduğunu söyləyib: "Onlar hesablaşmaları dollarla aparırlar. Manatın devalvasiyasından sonra onlar üçün çox sərfəli, ucuz qiymətlər yaranıb. Bütün turizm şirkətləri də bu fürsətdən istifadə etməlidir. Məsələn, Moskva bazarı üçün aviabilet, dördulduzlu hoteldə qalmaq, səhər yeməyi, aeroportdan hotelə, hoteldən aeroporta transfer də daxil olmaqla, bir nəfər üçün 1 həftəlik paketin qiyməti 400 dollara başa gəlir. Bu da bir o qədər baha deyil. Ancaq bundan da aşağı qiymətlər var”.

N.Bağırov qeyd edib ki, Azərbaycana gələn turistlər ilk növbədə Bakıya, daha sonra Qəbələ-Şəki və Quba-Qusar bölgələrinə səfər etməyə maraq göstərirlər.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol