• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəng bir iynə ilə müalicə olunacaq

Xərçəng bir iynə ilə müalicə olunacaq
04.03.2016 23:59
İngiltərəli alimlər xərçəngə qarşı effektiv vaksinin tərtibatına başlayıblar.

Böyük Britaniyalı alimlər xərçənglə mübarizədə inqilabi kəşf etdiklərini iddia edirlər. ANS PRESS-in BBC-nin məlumatına görə, alimlərin təklif etdiyi üsulun mahiyəti insan orqanizmində yaranan şişlərin "ən zəif” yerini tapıb immun sistemini həmin hissə ilə mübarizəyə yönləndirməkdir.

Bu mübarizə üsulu barədə daha əvvəllər danışılsa da London universitetinin alimləri bəyan edir ki, onlar xərçəngin "zəif” hissələrinin tapılması mexanizmini təkminləşdiriblər.

Araşdırmanın nəticəsi olaraq bildilrir ki, hər bir xərçəng xəstəliyi növünə ayrıca yanaşmaq lazımdır. Hər bir şiş hüceyrəsinin tətqiqatının təcrübədə baha başa gələcəyini diqqətə çatdıran alimlər bu sahədə son illər ümidverici nəticələrin əldə olunduğunu bildirib.

Yeni müalicə üsulunun kliniki sınaqlarını alimlər yaxın iki ildə keçirməyi planlaşdırır.
 
 

Radioterapiya prosesi

Kimyaterapiya əvəzinə vaksin

Alimlər kimyaterapiya və radioterapiyanın əvəzinə DNT-nin öyrənilməsinə əsaslanan metodlardan istifadə etməyi təklif edir. Bunun əvəzinə xəstələrə, xərçəng şişindən çıxarılan zülal əsasında hazırlanmış vaksin təqdim ediləcək. Həmin vaksin insan orqanizminin immun sisteminə daxil olaraq bədxassəli hüceyrələrlə mübarizə aparacaq.

Mütəxəsislər uzun müddətdir ki, immun sitemi vasitəsi ilə onkoloji xəstləliklərə qarşı  mübarizə aparmağa çalışırlar. Lakin əvvəllər tapılan vaksinlərin heç biri effektiv təsir göstərməyib. Səbəb kimi alimlər orqanizmin mühafizə mexanizminin yalnış istiqamətə yönləndirilməsi ilə əlaqələndirib.

Həkimlərin sözlərinə görə, yeni müalicə üsulu hər bir xəstəyə fərdi yanaşmanı nəzərdə tutur.

"Hər xəstə üçün unikal müalicə metodu hazırlanacaq”, - deyə  xərçəng xəstəlikləri instutunun professoru Çarlz Suonton bildirilir.

Bədxassəli şişi ağacla müqayisə edən professor "onun "gövdəsi" var, mutasiya prosesi hansı hüceyrədən başlayırsa elə həmin gövdədən də budaqlara şaxələnir və mutasiya prosesləri baş verir bu proses heterogenez adlanır.

Alimlər tibb sahəsində inqilab edərək, antigenləri dəyişən "gövdə" hüceyrələrini,  yəni şiş hüceyrələrinin  səthində yerləşən zülalları müəyyən ediblər.
 

Həkimlər xərçənq hüceyrələrini ağacla müqayisə edir.

"Gövdə” mutasiyasına təsir etmək üçün iki variant təklif edilir.

İlkin variant - hər xəstənin immun sisteminə mutasiyaya təsir etməkdə kömək edən ayrıca vaksin hazırlamaq.

Digər bir variant isə orqanizmdə mutasiya edən hüceyrələrə artıq təsir etməkdə olan immun hüceyrələrini tapıb labaratoriya şəraitində onların sayını çoxaltmaq və yenidən orqanizmə qaytarmaqdır.

"Bu bizə heteroqenezə bir problem kimi yanaşmağa və xərçəngin niyə bu qədər güclü təsirə malik olduğunu anlamğa imkan verən çox vacib addımdır” - xərçəng araşdırmalar insitutunun digər həkimi Mark Herlinger belə deyib.

" Xərçəngin bir çox növü yerində dayanmır və təkamül prosesindən keçir. Bu hərəkət edən hədəflərə düşmək asan deyil” deyə Herlinger əlavə edib.

Alimlər ümid edir ki, əldə edilən son naliyyət bir çox insanın həyatını qurtara biləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol