• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Çinin görkəmli qadın alimləri” mövzusunda tədbir keçirildi

ADU-da “Çinin görkəmli qadın alimləri” mövzusunda tədbir keçirildi
07.03.2016 13:29

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş "Çinin görkəmli qadın alimləri" mövzusunda tədbir keçirildi.
 
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov bayram münasibəti ilə bütün qadınları təbrik etdi, dünya elminə böyük töhfələr verən, həmçinin gənc tədqiqatçılar üçün bir nümunə olan Azərbaycan və Çinin görkəmli qadın alimləri haqqında danışdı.
 
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova Azərbaycan-Çin elmi əməkdaşlığının inkişaf perspektivləri barədə məlumat verdi.
 
 
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin müəllimləri və tələbələri çıxış edərək Çinin elmi-texniki sahəsinin inkişafında qadınların rolundan, o cümlədən qədim Çində ilk tarixçi qadın Ban Çjaodan,  ilk şərqşünas qadın, görkəmli Azərbaycan ərəbşünası, elmlər doktoru Aida İmanquliyevanın elmi fəaliyyətindən, orta əsr Azərbaycan və Çin əlaqələrinin araşdırılması ilə məşğul olan tanınmış Azərbaycan alimi Sara Aşurbəylidən söz açdılar.
 
 
Tədbirin sonunda universitetin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri  bədii proqramla çıxış edərək Çin xalq mahnılarını ifa etdilər.
 
 
Qeyd edək ki, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev də iştirak edirdi.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol