• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri Qüdrət Həsənquliyevin təklifinə qarşı çıxdı

Komitə sədri Qüdrət Həsənquliyevin təklifinə qarşı çıxdı
07.03.2016 20:57
Deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında müzakirə olunan idman mərc oyunları ilə bağlı məsələyə münasibət bildirən zamanı təklif edib ki, Azərbaycanda xarici turistlər üçün fəaliyyət göstərən kazinolar açılsın: "Vaxtilə prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, mən bunu dəstəkləmişdim. Ancaq indi vəziyyət dəyişib. Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir”.

Deputatın təklifi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Q.Həsənquliyevin öz həmkarı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da bu təklifə qarşı çıxıb. S.Novruzov bununla bağlı Modern.az saytına açıqlamasında deyib:

"Hələ uzun müddət əvvəl kazinolar Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən çox düzgün olaraq qadağan edildi. Həmin dövrdə də qeyd olunmuşdu ki, bu, bizim milli-mənəvi dəyərlərimizə uyğun deyil.

Hazırda Türkiyə kimi dövlətin özündə də kazinoların hamısı ləğv olunub. Ölkədə bir dənə də olsun kazino fəaliyyət göstərmir. İstisna olaraq Şimali Kipr Türk Cümhuriyyətində kazino var. Ora da yalnız xarici vətəndaşların daxil olması və oyun oynamasına icazə verilir. Kiprin öz vətəndaşlarına kazinoda qumar oynamaq qadağandır. Bundan başqa, 2000-ci ildə Rusiyada da kazinolar ləğv edilib”.

S.Novruzov bildirib ki, Qüdrət Həsənquliyev ölkəyə gəlir gətirməsi, turizmin inkişafı nöqteyi-nəzərindən bu məsələni qaldırıb:

"Amma mən özüm dəfələrlə Çin kimi böyük dövlətdə olmuşam. Hətta dünyanın aparıcı ticarət mərkəzlərindən olan Şanxayda da kazino yoxdur. Bu ölkələr həm öz ölkələrinin mənəvi dəyərlərini, həm də onların əlindəki vəsaitləri qorumaq üçün bu addımı atıblar. Ola bilər ki, Azərbaycandan 3-5 , 50-100 adam Gürcüstanda, Şərqi Avropada və s.də kazinoya gedərək vaxtını keçirir. Bu başqa bir şeydir. Amma kütləvi şəkildə Azərbaycanda kazino fəaliyyətini məqbul saymıram.

Xatirimdədir, 1990-cı illərdə Azərbaycanda kazinoların fəaliyyəti dövründə bir çox insanlar evini, avtomobilini, mağazasını satıb qumara qoyurdu. Bu baxımdan Azərbaycanda belə bir şeyin olması düzgün deyil”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol