• $
  • €
  • ₽
  • ₺
  • £

Akademik hüquqi yazı mövzusunda onlayn konfrans

Akademik hüquqi yazı mövzusunda onlayn konfrans
07.03.2016 17:19
Mərkəzi Elmi Kitabxanada (MEK) Bakı Dövlət Universitetinin Tələbə Hüquq Jurnalının və Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH” Qruplarının və MEK-in təşkilatı dəstəyi ilə Akademik Hüquqi Yazı mövzusunda onlayn konfrans keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsindən ANN.Az-a verilən məlumata görə, konfransda tələbələr, AMEA-dan əməkdaşlar və praktiki hüquqşünaslar iştirak edib.

Tədbirə video-konfrans vasitəsi ilə onlayn qatılan ABŞ-ın Kaliforniya Universitetinin professoru Eugene Volok akademik hüquqi yazı haqqında ümumi məlumat verib.  Hüquqi yazının hüquqşünas üçün əhəmiyyətindən və peşəkar hüquqi məqalə hazırlamaq vərdişlərinin təkmilləşdirilməsində hüquq jurnallarının rolundan danışıb.

Tədbirdə professor E.Volok müəllifi olduğu Academic Legal Writing kitabı haqqında da məlumat verib. Daha sonar professor konfrans iştirakşılarını ABŞ-ın nüfuzlu hüquq jurnallarının materiallarından istifadə üçün abunə qaydaları ilə tanış edib, həmçinin elmi jurnallara göndərilmək üçün məqalələrin tərtibat  üsullarından bəhs edib.

Konfransda çıxış edən BDU Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Konstitusiya Hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, Beynəlxalq Xüsusi Hüquq və Avropa Hüququ kafedrasının müəllimi Elnur Aslanov, ADA Universiteti İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin müəllimi Rəşad İbadov tələbələrə öz tövsiyələrini verib, akademik fəaliyyətlə sıx məşğul olmağa çağırıb.

 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol