• $
  • €
  • ₽
  • ₺
  • £

DGK xırda ticarətlə məşğul olanlara xəbərdarlıq etdi

DGK xırda ticarətlə məşğul olanlara xəbərdarlıq etdi
07.03.2016 19:12
Gömrük-keçid məntəqələrinin əsas təyinatı sərhədkeçmə prosesində insanların rahat, təhlükəsiz və sürətli keçidini təmin etməkdən ibarətdir. 

Lakin bu məntəqələrdən keçən vətəndaşların sayı bəzən normadan 2-3 dəfə çox olur.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, xarici ölkələrə mütəmadi olaraq səyahət edən bir qrup şəxs əksər hallarda gömrük sərhədini kommersiya məqsədilə tez-tez keçirlər.

Əsasən xırda ticarətlə məşğul olan bu şəxslərin kommersiya məqsədilə gətirdikləri malları özlərinin şəxsi istehlak məhsulları kimi təqdim edərək, gömrük vergi və rüsumlarından yayındırmaqla keçirməyə çalışmaları gömrük-keçid məntəqələrində gərgin iş rejiminə, yoxlamalara, əlavə vaxt sərf olunmasına və nəticədə də bəzən nisbi sıxlıqların yaranmasına səbəb olur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçünnəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalari”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol