• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində yeni dövr başlayır

Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində yeni dövr başlayır
09.03.2016 10:45
"Tərkibində müəlliflik hüququ və əlaqəli hüquqlarla qorunan əsərlərin olduğu məhsullara nəzarət markalarının (holoqramların) tətbiqi ilə əlaqədar bütün sistem işlənib hazırlanıb. 

Hazırda onlayn sifariş mexanizminin tətbiqi ilə əlaqədar "ASAN” xidmətlə danışıqlar aparılır”.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən bildirilib.

Şöbədən verilən məlumata görə, Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi nəzarət markalarının çapı üçün lazımi texniki avadanlıqlarla təmin edilib: ""Nəzarət markaları”nın (holoqramların) tətbiqi işini gecikdirən səbəblərdən biri texniki avadanlıqlar və onların işini təmin edən xüsusi proqram təminatından istifadə idi. Bu məqsədlə ötən il Ukrayna Respublikasından sahə üzrə mütəxəssislər dəvət olundu və mərkəzin bütün işçilərinə təlimlər keçirildi. Hazırda mərkəzin əməkdaşları "Nəzarət markaları”nı (holoqramları) çap edən texniki avadanlıq və proqram təminatından istifadə üzrə həm nəzəri, həm də praktik biliklərə malikdirlər”.

Agentlikdən o da bildirilib ki, artıq respublika ərazisində audiovizual əsər və fonoqram istehsalçılarına, kompüter proqramlarının hüquq sahiblərinə, məlumat topluları və kitab naşirlərinə (hüquq sahiblərinə) müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə nəzarət markalarının (holoqramların) yapışdırılması üçün sifariş vermələri barədə məktubların göndərilməsinə başlanılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol