• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi müsabiqə keçirəcək

Təhsil Nazirliyi müsabiqə keçirəcək
09.03.2016 14:45
Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə "Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisi əsas götürüləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək.

Müsabiqə ildə bir dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, 2015-ci il dekabrın 22-də Təhsil Nazirliyi ilə "Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, ölkənin 40 ali təhsil müəssisəsinə abunə imkanı yaratmaqla, onlara korporasiyanın məhsul və xidmətlərinə çıxış imkanı yaradılıb. Həmçinin, nazirlik əməkdaşlarına da "Web of Science” platformasının bazasına çıxış imkanı verilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol