• $
  • €
  • ₽
  • ₺
  • £

Reklam dilinə nəzarətin Dilçilik İnstitutuna həvalə edilməsi təklif olunur

Reklam dilinə nəzarətin Dilçilik İnstitutuna həvalə edilməsi təklif olunur
09.03.2016 16:21
Azərbaycanda reklam dilinə nəzarətin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutuna həvalə edilməsi təklif olunur.

Trend-in məlumatına görə, "Reklamlarda dil və üslüb problemləri" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev deyib ki, Azərbaycanda açıq məkan, yəni küçə reklamlarında səhvlər çoxdur: "Reklamın dili şəhərin dilidir, çünki şəhəri məlumatlandırır. Bəs bu məlumatlar necə ortaya çıxır?! Kimisi reklamın mətninə türk, kimisi fars, kimisi isə rus dilindən sözlər daxil edir. Mağazaların üstündə başa düşülməyən, xarici dildə adlar yazılır. Sırf Azətbaycan dilində reklam olmur. Bu, dil normalarımıza ziddir".

"Reklam haqqında" qanuna görə, reklam dilinə nəzarətin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə həvalə edildiyini deyən H.Atakişiyev təklif edir ki, bu məsələ Dilçilik İnstitutuna həvalə edilsin. Bunun üçün Dilçilik İnstitutunun nəzdində nəzdində MMC açıla bilər.

O, qeyd edib ki, Avropadan fərqli olaraq, Azərbaycanda reklamlarda səsləndirmə çox zəifdir, uşaq obrazını böyüklər səsləndirir: "Ancaq bir MMC yaradılsa, o, bazardakı reklamları tənzimləyə, reklamların mətnini hazırlaya və onları insanlara çatdıra bilər".

AMEA Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən Möhsün Nağısoylu deyib ki, reklam xalqın dil, yazı mədəniyyətini göstərir: "Ona görə də ədəbi dil normaları gözlənilməlidir. Buna görə də hər bir vətəndaş bu sahəyə xüsusi diqqətlə yanaşmalı, reklamlara fikir verməlidir".

İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli isə bildirib ki, Dilçilik İnstitutunun artıq sınaq sistemində çalışan "Qaynar xətt"inə müəyyən müraciətlər edilməyə başlanıb. Bunu yaxşı hal sayan Q.Məhərrəmli "Qaynar xətt"ə müraciət etmək üçün daha fəal olmağa çağırıb.

O deyib ki, rayonlardakı küçə reklamları və elanlarında səhvlər daha çoxdur: "Azərbaycanda çox sayda hipermarketlər var. Ancaq onlarda şöbələrin adlarından tutmuş işçilərin üzərində yazılan kimliklərə qədər nə qədər səhvlər var. Rus və ingilis dilindən tərcümələrdə səhvlər daha çoxdur, dilin xüsusiyyətlərini bilmədikləri üçün tərcümə zamanı əcaib ifadələr yaranır".

Dilçilik İnstitutunun aparıcı elmi işçisi Rasim Heydərov qeyd edib ki, reklamı hazırlayan şəxslər dili bilmirlər. Onun sözlərinə görə, nəinki reklamlarda, hətta afişalarda üslub problemləri olur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol