• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Əliyevin ölüm işi: Hökm martın 17-ə qaldı - YENİLƏNİB

Rasim Əliyevin ölüm işi: Hökm martın 17-ə qaldı - YENİLƏNİB
10.03.2016 12:44
Rasim Əliyevin ölüm işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən proses təqsirləndirilən şəxslərin vəkillərinin çıxışı ilə davam edib. 

ANN.Az-ın məhkəmə zalında olan əməkdaşının verdiyi məlumata görə, məhkəmə sədri son söz olaraq jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyevaya söz verib.

Teyfurə Əliyeva çıxışında bildirib ki, Rasim hər zaman öz yerini bilən, davranışlarına sahib olmağı bacaran şəxs olub: "O iş yerində də yaxşı işlədiyinə, sayılıb seçildiyinə görə rəhbər təyin edilib. Onun özü də idmançı olub. Boksla məşğul idi, özünü cəmiyyətdə necə aparmalı olduğunu da yaxşı bilirdi. İdmançı olmaq kimsəyə əsas vermir ki, nəsə artıq hərəkət eləsin”.

Teyfurə Əliyeva əlavə edib ki, futbolçu Cavid Hüseynovun əxlaqsız hərəkətini hamı görüb: "Rasim də bir jurnalist kimi öz fikrini bildirib ki, bu cür insanın bizim ölkəni xaricdə təmsil eləməsini istəmir. Ayağın yaxşı işləməsi və iki top vurmaq nə əxlaqdan, nə də tərbiyədən xəbər verir”.
 
Mərhumun anasının sözlərinə görə, video görüntülərdə də Rasimin necə döyüldüyü açıq-aşkar təsvir olunur: "Bu görüntülərə baxmaq üçün nə hüquqşünas olmaq lazımdır, nə də psixoloq. Təqsirləndirlənlərin vəkilləri ancaq günahı həkimlərin üstünə, ya da başqa yerə çəkirlər. Səbəb nədir? Onlar Rasimi döyməsəydilər, oğlum xəstəxanaya düşməyəcəkdi axı. Ancaq demirəm ki, həkimlər də günahsızdır, yox. Burada həm  həkimlər həm də təqsirləndirilənlər günahkardır və buna görə də hamı öz cəzasını almalıdır”.

Zərərçəkən şəxsin hüquqi varisi sonda bir daha bu işin planlı şəkildə Cavid Hüseynovun və Elşən İsmayılov törətdiklərini vurğulayıb: "Bu Cavidin və Elşənin planlaşdırdığı bir iş idi. Ancaq buna görə nə özləri, nə də valideynləri günah hissi daşımaq istəmirlər. Düşünmürlər ki, bir insanın həyatına son qoyulub. Peşmançılıq hiss belə keçirmirlər. Buna misal kimi keçən dəfə Elşənin "Yaxşı etmişəm öldürmüşəm” deməsi bir daha sübut edir ki, bu iş planlaşdırılmış şəkildə həyata keçirilib”.
 
Daha sonra söz vəkillərə verilib. Təqsirləndirilən şəxslərin vəkilləri hakimdən hökm çıxarılarkən yüngülləşdirici halların nəzərə alınmasını xahiş ediblər. Onlar eyni zamanda bütün proses zamanı müdafiə tərəfin qaldırdığı vəsatətlərin qəbul edilmədiyini, məhkəmənin ədalətsiz keçirildiyini qeyd ediblər.
 

Sonda hakim təqsirləndirilən şəxslərə söz verib. Amma onlar son söz deməyə hazır olmadıqlarını, vaxt verilməsini xahiş ediblər. Təqsirləndirilən Elşən ismayılov bu məhkəmə prosesində 5 nəfərin taleyinin həll olunduğunu bildirib: "Xahiş edirik bizə vaxt verin ki, son söz deməyə hazırlaşaq. Bir gün bizim üçün yetərli deyil, çıxışlarımızı özümüz hazırlayırıq".

Məhkəmə martın 17-i, saat 14.00-a qədər təxirə salınıb. Hakim həmin gün təqsirləndirilən şəxslərin son söz deyəcəyini, eyni zamanda məhkəmə qərarının çıxarılacağını deyib. 


*** 
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ANN.TV-nin reportyoru, jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

ANN.Az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər barədə hökm çıxarılacağı gözlənilir.

Məhkəmə binası qarşısında olan əməkdaşımızın verdiyi məlumata görə, proses 10.30-da başlanması gözlənilsə də, gecikmə var.

Xatırladaq ki, dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası istəyib.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur.

C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.

Orxan Aslanlı
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol